Mikayıl Cabbarov Qəbələdə vətəndaşları qəbul edəcək


13:02     05 İyul 2018 11294_mikayil%20cabbarov.jpg

Vergilər naziri Mikayıl Cabbarov iyulun 13-də saat 11:00-də Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi 1) Qəbələ, İsmayıllı, Oğuz, Zaqatala, Balakən və Qax rayon sakinlərini qəbul edəcək.



Nazirlikdən Femida.az-a verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlar iyulun 5-12-də Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinə, Zaqatala rayonunda 13 saylı Ərazi Vergilər İdarəsinə, İsmayıllı, Balakən və Qax rayonlarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Femida.az

Açar sözlər:

Oxunub: 477