102 əlil Nabrana istirahətə göndərilib


13:31     05 İyul 2018 2018/07/15307-1530765083_1530768949.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı olaraq, həmin təbəqədən olan 102 nəfər Xaçmaz rayonundakı Nabran istirahət zonasında yerləşən istirahət mərkəzinə göndərib. İstirahətə yola düşən əlillər onların sosial müdafiəsinin gücləndirilməsi, tibbi-sosial reabilitasiya imkanlarının artırılması, habelə yaz-yay mövsümündə istirahət etmələrinə şərait yaradılması üçün aparılan işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2018-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, bu il 1100 nəfər əlilliyi olan şəxsin istirahətinin təşkil olunması nəzərdə tutulub.

İndiyədək onlardan 595 nəfəri Lənkəran, Quba və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilib. Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və istirahət müddətindən sonra geri qaytarılması xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə həyata keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 557