68 min yaxın maşın icbari qaydada sığortalanıb


15:51     01 Oktyabr 2015 Audit-2.jpg

Sentyabrda 68 minə yaxın avtomobil icbari sığortaya cəlb olunub

Bu ilin sentyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 67 560 müqavilə qeydiyyata alınıb.


İSB-dən Femida.az-a verilən məlumata görə, bunların 12 103-nü xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. İcbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 5,6 milyon manat təşkil etmişdir.

2014-ci ilin sentyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 9,8%, sığorta haqlarının məbləğində isə 8% azalma müşahidə edilib.

Açar sözlər:

Oxunub: 800