Meşədə narkotik əkib-becərən şəxs tutulub
18:34 05 İyul 2018
Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, iyulun 4-də Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qusar rayon Zuxur kəndinin ərazisində olan meşəlik ərazidə həmin kənd sakini İskəndər Sərkərovu iş başında yaxalayıblar. Adı şəkilən şəxs həmin ərazidə xüsusi aqrotexniki qaydada qulluq etdiyi narkotik xassəli çətənə - Kannabis bitkilərinə qulluq edən zaman saxlanılıb. Hal şahidlərinin iştirakı ilə sahəyə baxış zamanı oradan hündürlüyü 16-65 sm olan kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolları aşkar edərək götürülüb.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub, narkotik bitkilərin yaş çəkisinin 1000 qr olması barədə rəy verilib.
Dindirilmə zamanı həmin şəxs meşəlik ərazidə insan sıxlığının olmadığından narkotik vasitələri orada əkib-becərdiyini və şəxsi istifadəsi üçün qulluq etdiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.
Femida.az
Oxunub: 524
Oxşar xəbərlər
- Meşədə narkotik əkənlər tutuldular
- Meşədə adam öldürməyə cəhd edən gənc tutuldu
- Meşədə narkotik plantasiyası salan şəxslər saxlanılıb - İsmayıllıda
- Meşədə narkotik becərən Oğuz sakinləri saxlanılıb
- Meşədə itkin düşmüş şəxsi ayı öldürüb
- Meşədə yeyib-içənlər həbs edildi
- Meşədə güllələnmə
- Meşədə narkotik becərdi, tutuldu
- Meşədə narkotik plantasiyası salan İsmayıllı sakini tutulub
- Meşədə narkotik yetişdirən şəxs saxlanıldı