İstidən neçə nəfər ölüb? - Nazirlik rəsmisi açıqladı


18:40     05 İyul 2018 sehiyye5.jpg


“Maşında iki uşaq qalaraq dünyasını dəyişib”, “yolda istidən kişi dünyasını dəyişib” deyənlər, belə bir hadisə olmayıb”.

Femida.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova sosial şəbəkədə yazıb. Bildirib ki, bu kimi hadisələr yaşandığı halda, ilk olaraq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin məlumatı olardı:

“Ötən gün ərzində yolda iki ölüm hadisəsi qeydə alınıb ki, onlardan biri 48 yaşlı Oleq Abramov “Koroğlu” metrostansiyasının qarşısında, ikincisi isə 73 yaşlı sakin Günəşli qəsəbəsində avtobusda dünyasını dəyişib.

Lütfən dəqiq olmayan xəbərləri yayıb insanların gərginləşməsinə səbəb olmayaq”.

Femida.az

Açar sözlər: #isti   #hava   #ölüm  

Oxunub: 1709