Bakıda pivə bahalaşıb


19:58     05 İyul 2018 pive.jpg


2018-ci ilin may ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri aprel ayına nisbətən eyni səviyyədə qalıb.

Bakı Statistika İdarəsindən Femida.az-a verilən məlumata görə, ərzaq məhsullarının qiymətləri 0,9 faiz ucuzlaşıb.

Qeyri-ərzaq məhsullarının qiymətləri 0,3 faiz, xidmətlər üzrə qiymətlər isə 0,9 faiz bahalaşıb.

2018-ci ilin may ayında aprel ayına nisbətən istehlak bazarında “Çörək məmulatları və yarmalar” qrupu 0,1 faiz, “Araq brendi (konyak)” qrupu 0,8 faiz, “Pivə” qrupu 0,3 faiz bahalaşıb.

Femida.az

Açar sözlər: #pivə   #içki   #bahalaşma  

Oxunub: 1071