Neft Fondu bir ayda 439 milyon dollar satdı


20:19     05 İyul 2018 neft%20fondu2.PNG


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin iyun ayı ərzində 439 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə Femida.az-a Fondun İctimaiyyətlə əlaqələr departamentinin Direktoru Cəmalə Əliyeva məlumat verib.

Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin may ayı ərzində 422,7 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, may ayı ilə müqayisədə iyunda valyuta satışı cüzi artıb.

Xatırladaq ki, 2018-ci ilin 6 ayı ərzində isə ARDNF tərəfindən satılmış valyutanın məbləği 2 milyard 974,5 milyon ABŞ dolları təşkil edir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #fond   #neft   #ARDNF   #femida   #iqtisadiyyat  

Oxunub: 767