Bakıda çoxmərtəbəli yaşayış binası yanıb


13:10     06 İyul 2018 yangin_38673636.jpg

Bakıda və İmişli rayonunda yanğın olub.

Femida.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 6 ədəd elektrik sayğacı və 3 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

İmişli rayonunun Muradalılı kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 425