Sürücülərin nəzərinə: bu yolda təmir gedir


14:10     06 İyul 2018 2018/07/yol-temir-azeravtoyol_1530857546.jpg

Bakı-Quba yolunda təmir işləri aparılır.




Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-20 və 45-52-ci km-də yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 535