İqtisadiyyat Nazirliyinə 5 mindən çox müraciət daxil olub


15:11     06 İyul 2018 18_07_06_1530861153.jpg


2018-ci ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə daxil olan müraciətlərin 4 minə yaxın hissəsi canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb.

Bu barədə Femida.az-a Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Vüsalə Quliyeva məlumat verib.

Müraciətlər əsasən, lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə qaydaları, istehlakçıların hüquqlarının müdafiəsi, sahibkarlıq fəaliyyəti, qrant müqavilələrin (qərarların) qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Ümumilikdə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək 195-2 Çağrı Mərkəzinə 78 minədək müraciət daxil olub.

Qeyd edək ki, Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Femida.az

Açar sözlər: #iqtisadiyyat   #nazirlik   #müraciət   #çağrı  

Oxunub: 631