Maaş kartını oğurlayıb 500 manatını çıxardılar


15:36     06 İyul 2018 pensiyacilar-pensiyalari-bu-bankomatlardan-alacaq266f0f05a5923cf1bb532.jpg

İyulun 5-də Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini Z.Mirzəyeva iyun ayının 30-na keçən gecə mənzilindən maaş kartının oğurlandığını və hesabındakı 500 manatın çıxarıldığını bildirib.


Femida.az xəbər verir ki, dərhal polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qonşu qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb.

X.Əhədova qonşusunun evindən kartı oğurladıqdan sonra kodu üzərində olduğundan həmin məbləği çıxararaq xərclədiyini etiraf edib.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Kart   #Polis   #Sabirabad  

Oxunub: 455