Xeyli miqdarda narkotik vasitə məhv edilib


15:43     06 İyul 2018 cetene%20kolu.jpg

Xeyli miqdarda narkotik vasitə məhv edilib.



Daxili İşlər Nazirliyinin mətbuatx idmətindən Femida.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları Məçitməhəllə kənd sakini Hicran Əliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 32 ədəd çətənə kolu, həyətindəki yarımtikilidən isə çəkisi 4 kiloqram 330 qram marixuana, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Həşimxanlı kəndi ərazisində kənd sakini V.Xancanovun kultivasiya yolu ilə yetişdirdiyi 91 ədəd çətənə kolu aşkar edərək götürüblər.

Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları Uzunqazmalar kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 2,5 ton olan 8450 ədəd çətənə kollarını yığaraq məhv ediblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 446