Əsl erməni qadını olmaq...


20:22     12 May 2015 veronika1.jpg

Bu yazını Kim Kardaşyan dünya mətbuatının gündəmini öz yan-yörəsi ilə zəbt edən zaman da yaza bilərdim...

Ermənilər dünya üçün nağıllar uydurmağa davam edir. Həm də bu “nağılların” sonu hər zaman “xoşbəxt sonluqla” bitir.

Hər dəfə erməni mətbuatını nəzərdən keçirdikdə bu tipli görürəm. Hazırda erməni mətbuatı sadə erməniləri inandırmağa çalışır ki, pornoulduz Kim Kardaşyanın Ermənistana gəlməsindən sonra ölkədəki turizm sektoru dirçələcək.
“Ermənistan barmenlər assosasiyası”, “Ermənistanın marketinq üzrə assosasiyası”, “Milli kulinariyanın qorunması və inkişafı” kimi erməni ictimai birlikləri bu barədə ağızdolusu danışıb. Hətta turizm nazirliyi rəsmiləri elə düşünür ki, porno ulduzun gəlişi ilə elə bu ildən Ermənistanda bir neçə il turist əlindən tərpənə bilməyəcəklər. Başqa bir erməni eksperti Samvel Martirosyan isə iddia edir ki, artıq “google” da “Ermənistan” (Armenia) sözünü axtaranların sayı iki dəfə artıb. Ermənilərin iddialarına görə, sosial şəbəkələrdə Kimi izləyən fanatlar Ermənistana axışacaq. Ortada hələ ki, turist-filan görünməsə də, ermənilər “problem”i həll etməyə girişiblər.

İndidən turizm şirkətləri əl-ayağa düşüb ki, bəs xəbəriniz var ki, erməni bələdçilər arasında Çin dilini bilən yoxdu? Gələnlər üçün xüsusi səyahət istiqamətləri də hazırlanıb. Ermənistana gələn hər bir turisti mütləq Matendarana - qondarma soyqırımı ilə bağlı muzeyə də aparacaqlar. Ermənistan Kulinariya Mərkəzinin rəhbəri Sedrak Mamulyan isə quşu lap "gözündən vurub". Onun açıqlamasını isə sizə olduğu kimi təqdim edirəm: “Turistlər Ermənistana sırf milli yeməklərdən dadmağa görə gəlirlər. Onlara gürcü xingəli, kabab və xaşlama verməməliyik”. Bu fikirlə ermənilərin baş kulinarı özü də bilmədən qəribə bir nüansa toxunur. Hamı bilir ki, Azərbaycan milli kulinariyasında özünəməxsus yer tutan kabab və xaşlama bir sıra hallarda ermənilər tərəfindən əcnəbilərə erməni milli mətbəxinin təamları olaraq sırınır. Lakin bu dəfə erməni kulinar onları erməni mətbəxindən kənarlaşdırıb. Qayıdaq əsas məsələyə. Bəs Kim Kardaşyan kimdir? Ermənilərin çoxu onun adı çəkiləndə sadəcə ikrah hissi duyur. Bu yaxınlarda erməni mətbuatına köşə yazarlarından biri Kim Kardaşyanı əsl erməni xanımı kimi dəyərləndirmişdi. Müəllif deyir ki, əslində Kim adi erməni qadınıdır. İndi nə olsun sevgilisi ilə sekslə məşğul olduğunu çəkib və bu video internetə düşüb. Hətta müəllifə görə cütlüklərin çoxu “bu işi” gördükdə video kamera və ya telefonla çəkiliş aparmağı sevir. Sonra müəllif iddia edir ki, Kimin “namus”na daha çox Azərbaycan mətbuatı ləkə yaxır. Yəni, əslində Kim sadə, olduqca “namuslu” erməni qadınıdır. Olduqca, açıq-saçıq həyat tərzi, porno–video qalmaqalı ilə gündəmə gələn Kimin sosial şəbəkələrdə çoxlu izləyiciləri var. Onun “silikonlaşmış” bədən üzvlərini sosial şəbəkələrdə izləyən kişilərin nə vaxtsa onun vətəni haqqında maraqlanacağını düşünmək ağılsızlıq olardı. Kimi görmək istəyənlər onu rahatlıqla Amerikada görə bilər. Amerikada əslində o, əlçatmaz ulduz sayılmır. Onu model olaraq da bir çoxları qəbul etmir. Daha çox açıq-saçıq çəkimlər olduqda porno-ulduz yada düşür. Erməni mətbuatının az qala dünya gözəli kimi təqdim etdiyi bu xanım silikonlaşmış bədən ölçüləri ilə olduqca çətinliklə yeriyir. Onu hər hansı podiumda görə bilməzsiniz . Deməli, onun vurğunu olanlar ancaq seks, erotika və porno macəralar axtarışında olan gənclərdir. Ermənilərin bir çoxu isə ona “Anait” deyir. Ermənilərin əfsanələrində bu ilahə fahişəliyin təmsilçisi olub. Anait məbədinə erməni fahişələr tərəfindən yığılan pullar sonradan onların özlərinin ailə qurması üçün sərf edilirdi. İndi deyəsən, Ermənistan bu “ənənəvi” yola yenidən qayıtmaq istəyir. Anait-Kim Ermənistana gəldikdən sonra əcnəbi kişi turistlər Ermənistana üz tutacaq və onların hesabına pullar qazanılacaq. Yazının sonunda isə erməni bloger Qarik Papoyanın Kim Kardaşyan barədə kinayə ilə yazdıqlarını xatırlayaq. “Xoş gəlmisən Kim Kardaşyan - həyatın boyu “həqiqi” erməni qadınının təcəssümu olmuş, erməni dəyərlərini yüksək tutmuş, ənənəvi erməni qadınının adına ləkə gətirməmiş qadın…”.
Bəli, Kim əsl erməni qadınıdır.

Həyata və həqiqətə gecikən erməni porno ulduz üçün yazım lap vaxtındadır...

Açar sözlər:

Oxunub: 1487