Nazirliyə 12 min müraciət daxil olub


19:32     06 İyul 2018 004m0mlhn2bq5amjo0ejku1lg0emek-ve-sosial-mudafie-nazirliyi0.jpg

Bu ilin iyun ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - “Çağrı mərkəzi”nə vətəndaşlar tərəfindən 12111 müraciət daxil olub.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, müraciətlər sosial təminat, tibbi-sosial reabilitasiya, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma, əmək qanunvericiliyinə əməl olunması, sığorta-pensiya sistemi, bu sahələr üzrə elektron xidmətlərdən istifadə və s. məsələlərlə bağlı olub. Onlardan 96 faizə qədərini sorğu xarakterli müraciətlər təşkil edib.

Sorğuların hər biri nazirliyin aidiyyəti sahələr üzrə mütəxəssisləri tərəfindən operativ və ətraflı cavablandırılıb. Araşdırılması tələb olunan sorğular nazirliyin aidiyyəti struktur bölmələrində baxılıb və müvafiq tədbirlər görülüb.

SMS-məlumatlandırma xidməti də davam etdirilərək, ötən ay vətəndaşların aidiyyəti məsələlər üzrə məlumatlandırılması məqsədilə 34611 SMS göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 722