Bakıda 2400 uşaq müsabiqəsiz I sinfə qəbul olacaq


20:42     06 İyul 2018 18_07_06_1530880915.jpg


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üzrə 2 406 nəfər 6 yaşı tamam olmayan uşaq üçün müraciət daxil olub.

BŞTİ-dən Femida.az-a verilən məlumata görə, “Təhsil haqqında” Qanuna edilən dəyişikliyə əsasən 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumi təhsil müəssisələrinin I sinfinə müsabiqəsiz qəbul ediləcək. Artıq həmin uşaqların valideynləri artıq mektebeqebul.edu.az elektron sistemi vasitəsilə şəxsi kabinetə daxil olaraq məktəb seçimi edə bilərlər.

Qeyd edək ki, indiyədək xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu iyun-iyul ayları ərzində müsahibə üsulu ilə aparılırdı.

Dəyişikliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

Femida.az

Açar sözlər: #Bakı   #təhsil  

Oxunub: 607