Avropalı deputat Ermənistanı işğalçı ölkə adlandırdı


22:56     06 İyul 2018 18_07_06_1530881829.jpg


Avropa Birliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əlindən gələni əsirgəməməli və Ermənistanın Azərbaycan torpaqlarının işğalına son verməlidir.

Bu sözləri Avropa Parlamentinin finlandiyalı üzvü, “Yaşıllar” partiyasının nümayəndəsi Xeydi Xautala Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında AB və Ermənistan arasında imzalanan yeni saziş üzrə hesabatın müzakirəsi zamanı deyib.

Finlandiyalı diplomat qeyd edib ki, beynəlxalq hüquqa əsasən, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib./oxu.az

Femida.az

Açar sözlər:

Oxunub: 475