DÇ-2018-də ilk yarımfinalçılar müəyyənləşir


21:07     06 İyul 2018 18_07_06_1530882508.jpg


Bu gün Dünya Çempionatında dörddəbir final mərhələsinə start veriləcək.

Femida.az xəbər verir ki, günün ilk matçında saat 18:00-da Fransa və Uruqvay milliləri qarşılaşacaqlar. Matç “Nijni Novqorod” stadionunda keçiriləcək.

Saat 22:00-da isə turnirin iki favoriti - Braziliya və Belçika yığmaları “Kazan Arena”da üz-üzə gələcəklər.

Braziliyada əsas heyət üzvü Kazemiro sarı vərəqə cəzalısı olduğu üçün matçda çıxış edə bilməyəcək. Digər zədəli Duqlas Kostanın Belçikaya qarşı oynayıb-oynamayacağı hələlik bilinmir.

Femida.az

Açar sözlər: #futbol   #dünya   #idman  

Oxunub: 487