Nazirlik restoranlarda yoxlamalar aparacaq


17:09     01 Oktyabr 2015 401280711.jpg

Nazirlik şadlıq evləri və restoranlarda yoxlamalar aparacaq.

Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) gələn il şadlıq evləri və restoranlarda yoxlamalara başlayacaq.


Femida.az xəbər verir ki, bunu DƏMX-in rəisi Fuad Əlizadə bildirib.

"Gələn ilin birinci rübündə "Təhlükəsizlik iş aylığı" çərçivəsində şadlıq evləri və restoranlarda yoxlamalara başlayacağıq. Azərbaycanda xeyli sayda şadlıq evləri və onlardan iki dəfə çox restoranlar fəaliyyət göstərir. Burada işləyən işçilərin əmək qeydiyyatına alınması, icbari sığortası və sair məsələlər yoxlanılacaq", - deyə F. Əlizadə bildirib.

Açar sözlər:

Oxunub: 986