Bəzi ərazi vahidlərinin adlarının dəyişdirildi
01:55 07 İyul 2018
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" 2018-ci il 12 iyun tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.
Femida.az bildirir ki, sərəncamda qeyd edilir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılır.
Oxunub: 674
Oxşar xəbərlər
- Bəzi xəstəliklər üzrə əlillik dərəcəsi yeni qaydada təyin olunacaq
- Bəzi şəxslərin pensiyası 50 faiz artırıla bilər
- Bəzi yerlərdə yollar buz bağlayacaq
- Bəzi xarici diplomların tanınmasından imtinanın səbəbi açıqlanıb
- Bəzi iqtisadi rayonların adlarında dəyişiklik edilib
- Bəzi yerlərdə leysan yağıb, Talaçaydan sel keçib - FAKTİKİ HAVA
- Bəzi energetik içki istehsal edən şirkətlər cəzalandırılıb
- Bəzi çimərliklərdə dəniz suyu çirklidir
- Bəzi rayonlarda şimşək çaxacaq, arabir yağış yağacaq
- Bəzi küçələrdə məhdudiyyət vaxtından əvvəl aradan qaldırılır