İlin ilk 5 ayında Bakıda istifadəyə verilən mühüm obyektlər - SİYAHI


15:48     07 İyul 2018 18_07_07_1530949599.jpg

2018-ci ilin yanvar-may aylarında Bakı şəhərində Yüksəkgərginlikli Avadanlıqlar Zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları istifadəyə verilib.


Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddət ərzində:


- Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi
- Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası
- Bakı Şəhər Statistika İdarəsinin inzibati binası
- Bona Dea Beynəlxalq Hospitalı
- “Dinamo” oteli
- Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid
- Müxtəlif səviyyəli yol qovşağının tikintisi yekunlaşdırılıb.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,2 faizini əsaslı təmir, 5,6 faizini cari təmir, 19,1 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 81,0 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Femida.az

Açar sözlər: #Bakı   #iqtisadiyyat   #obyekt   #siyahı  

Oxunub: 813