Keçmiş arvadını öldürən kişi tutuldu


16:09     07 İyul 2018 hebs5.jpg

Ağsuda keçmiş arvadını öldürən ər tutulub.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyulun 6-da Ağsu şəhərində kirayədə yaşayan Samirə Bəyalıyevanın evinə gəlmiş keçmiş əri, Hacıqədirli kənd sakini Mahir Bəyalıyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilən S.Bəyalıyeva orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bəyalıyev tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 532