4 nəfərə 5150 manat "atan" şəxs tutulub


16:56     07 İyul 2018 2018/07/hebs_1530952844.jpg

Cari ilin aprel-iyun ayları ərzində Tərtər şəhər sakini Sahil Abdullayev Şıxarx, Azadqaraqoyunlu və Qaradağlı kənd sakinləri olan 4 nəfəri aldadaraq onlardan ümumilikdə 5150 manat pul alıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Abdullayev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 418