Polis 4 nəfərdən tüfəng götürüb


19:05     07 İyul 2018 18_07_07_1530954345.jpg

Salyan və Oğuz sakinlərindən ov tüfəngi götürülüb.

Femida.az DİN-in saytına istinadən xəbər verir ki, aparılmış profilaktiki tədbirlər nəticəsində Salyan rayonunun Noxudlu kənd sakini Fərhad Cahangirov və Şəkərli kənd sakini Əsgər Nəhmədov müvafiq sənədləri olmayan ov tüfənglərini könüllü olaraq RPŞ-yə təhvil veriblər.

Həmçinin Oğuz RPŞ və Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Filfili kəndi ərazisində kənd sakinləri Dünyabir Nəsirovdan və Raqif Nəsirovdan müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi götürülüb.

Femida.az

Açar sözlər: #polis   #tüfəng   #DİN  

Oxunub: 1264