Rusiyanı Medvedev təmsil edəcək


20:38     07 İyul 2018 medvedev1.jpg

Rusiyanın Baş naziri Dmitri Medvedev Ankarada Türkiyə prezidentinin andiçmə mərasimində Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək.


Bu barədə Femida.az Rusiya hökumətinin saytına istinadən xəbər verir.

"Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin tapşırığı ilə hökumətin sədri Dmitri Medvedev iyulun 9-da Türkiyəyə səfər edəcək", - məlumatda deyilir.

Andiçmə mərasimi iyulun 9-də keçiriləcək.

Xatırladaq ki, R.T.Ərdoğan bu il iyunun 24-də keçirilən prezident seçkilərində 53% səs toplayıb.

Açar sözlər:

Oxunub: 470