Suriyanın sabiq informasiya naziri öldü


22:17     07 İyul 2018 2018/07/1530950350_1530958715.jpg

Suriyanın sabiq informasiya naziri Omran əl-Zubi dünən səhər saatlarında dünyasını dəyişib.


Bu barədə Suriya İnformasiya Nazirliyi məlumat yayıb.

1959-cu ildə Dəməşqdə dünyaya gəlmiş Zubi, siyasi arenaya daxil olmazdan öncə həyatının ilk on ilini hüquq təhsili alıb.

2012-ci ildə Suriya Prezidenti Bəşər Əsəd tərəfindən İnformasiya Naziri təyin edilib. İnformasiya naziri vəzifəsini icra edən Zubi, Milli Proqressiv Cəbhə sədrinin müavini vəzifəsini də icra edib.

Femida.az

Açar sözlər:

Oxunub: 3666