Özünüzü hər zaman yorğun hiss edirsiniz? - Bu da çarəsi
21:02 07 İyul 2018
Fiziki cəhətdən özünüzü tez-tez yorğun hiss edir və ya əzələ ağrılarından şikayətlənirsinizsə, bu xəbər sizin üçündür.
Femida.az yenicag.az-a istinadən xəbər verir ki, müasir dünyada xroniki yorğunluq insanların tez-tez rastlaşdığı problemlərdən birinə çevrilib. Həkimlər orqanizmdə daimi yorğunluğun depressiya, həddən artıq tərləmə, əzələ və sümük ağrılarına səbəb olduğunu bildirirlər.
Onların sözlərinə görə, bu problem birbaşa bədəndə D vitaminin azlığından qaynaqlanır. Buna görə də, gün ərzində günəşdən gizlənməmək və fasilələrlə ən azı 20 dəqiqə günəş şüası qəbul etmək vacibdir. Həkimlər D vitamini əksikliyinin xərçəng, diabet, infeksiya, yüksək təzyiq kimi problemlərə səbəb olduğunu vurğulayırlar.
Əgər günəşin altına çıxmaq istəmirsinizsə, bir neçə qidanı davamlı qəbul etməklə bədəndə D vitamininin səviyyəsini tənzimləyə bilərsiniz:
1. Balıq yağı, balıq
2. Yumurta sarısı
3. Pendir
4. Kərə yağı
5. Qaraciyər
Qeyd edək ki, D vitamini təbii halda qidaların tərkibində çox az miqdardadır. Əgər bu vitaminin olmamasından əziyyət çəkirsinizsə, həkim məsləhəti ilə D vitamini həbləri qəbul edə bilərsiniz.
Oxunub: 783
Oxşar xəbərlər
- Füzuli aeroportunda Prezidentlərin maraqlı zarafatı - VİDEO
- Slovakiyanın Baş naziri: "Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlıyıq"
- "Gürcüstan regionda sülh və sabitliyin olmasında maraqlıdır" - Baş nazir
- Ərdoğandan nəvəsinin pişiyi ilə bağlı maraqlı paylaşım - FOTO
- İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır
- Putin: “Heç kəs Dağlıq Qarabağdakı böhranın böyüməsində maraqlı deyil”
- Səfir: “Pakistan şirkətləri Azərbaycana investisiya qoymaqda maraqlıdır”
- 65 il, 65 müsahib, 65 dəqiqə... - AzTV-nin yaranması ilə bağlı maraqlı sənədli film
- "Qarabağdakı humanitar fəaliyyətə MDB ölkələrinin qoşulmasında maraqlıyıq" - Putin
- " Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyildi " - Hikmət Hacıyev