İranda 8 İŞİD üzvü edam olundu


18:33     07 İyul 2018 edam_051013_main.jpg

İranda ötən il törədilmiş terror aktlarında təqsirli bilinmiş 8 nəfər edam edilib.


Femida.az xəbər verir ki, edam olunanlar İŞİD terror təşkilatının üzvləri olublar.

Qeyd edək ki, onlar barəsində ölüm hökmü bu ilin may ayında verilmişdi. İranın Ali Məhkəməsi iyunda ölüm hökmünü təsdiq etmişdi. Edamın necə həyata keçirildiyi barədə məlumat verilmir.

Xatırladaq ki, 2017-ci il iyunun 7-də Tehranda İran Parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olmuşdu. Terror aktları nəticəsində 20 nəfər həlak olmuş, onlarla şəxs yaralanmışdı.

Açar sözlər:

Oxunub: 327