Türkiyədə Böyük Britaniya vətəndaşları həbs olundu


22:59     07 İyul 2018 2018/07/1530877524_1530959181.jpg

Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanında nəzarətə alınan İraq əsilli Böyük Britaniya vətəndaşı olan 2 qardaş terror təşkilatı təbliğatı apardıqları səbəbilə həbs olunub.

Bu barədə "Demirörən Xəbər Agentliyi" (DHA) xəbər verib. Xəbərə görə, Dalaman Hava Limanında şübhəli hərəkətləri səbəbindən diqqət çəkən iki nəfər təqib altına alınıb. İraq əsilli və Böyük Britaniya vətəndaşı olduqları müəyyən olunan Ayman Barzan və Hariam Barzan qardaşların ziddiyyətli ifadələrindən sonra telefon və sosial media hesablarında araşdırma aparılıb. Sosial media hesablarında PKK/YPG təbliğatı apardıqlarına görə şübhəlilər saxlanılıb. İfadələri alınmaq üçün polisə aparılan 2 qardaş buradakı əməliyyatlardan sonra PKK/KCK-PYD/YPG təbliğatını apardıqları səbəbilə həbs olunub.

Açar sözlər:

Oxunub: 490