XİN rəhbərləri görüşəcək - TƏSDİQLƏNDİ
18:44 07 İyul 2018
“Ermənistan üçün Dağlıq Qarabağa dair danışıqlar prosesinin dinamikasını saxlamaq vacibdir".
Femida.az -ın “news.am”-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan "Şant" telekanalına verdiyi müsahibədə deyib.
Z.Mnatsakanyan azərbaycanlı həmkarı ilə tezliklə görüş planlaşdırıldığını təsdiqləyib və əlavə edib ki, artıq görüşlə bağlı razılıq əldə edilib.
" Sülh üçün əlverişli bir atmosferdən danışarkən, bu, geniş kontekstə malik bir prinsipdir və bu da atəşkəs rejimini gücləndirməklə bağlı funksiyaları əhatə edir. Biz tərəfimizdən heç nə dəyişməyib", - deyə Ermənistan XİN rəhbəri ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin monitorinq qrupunun genişləndirilməsi haqqında razılaşmaların yerinə yetirilməsi və atəşkəs rejiminə riayət olunmasına nəzarətin vacibliyi ilə bağlı söylədiyi fikri şərh edərkən deyib.
Oxunub: 398
Oxşar xəbərlər
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- XİN-də işə qəbul imtahanlarının nəticələri açıqlanıb
- XİN Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
- XİN Eldar Həsənovdan 18,5 milyon manat tələb edir
- XİN-in sabiq vəzifəli şəxsi son söz üçün məhkəmədən vaxt istəyib
- XİN Azərbaycan İran
- XİN Bosniya və Herseqovinanı təbrik edib
- XİN-dən Dirçəliş Günü XİN-dən Dirçəliş Günü təbriki
- XİN radio və televiziya işçilərini təbrik edib