DİN Ağsuda baş verən qətllə bağlı məlumat yayıb


18:58     07 İyul 2018 terror%20hebs.jpg

Daxili İşlər Nazirliyi Ağsuda baş verən qətllə bağlı məlumat yayıb.


DİN-dən Femida.az-a verilən məlumata görə, iyulun 6-da Ağsu şəhərində kirayədə yaşayan Samirə Bəyalıyevanın evinə gəlmiş keçmiş əri, Hacıqədirli kənd sakini Mahir Bəyalıyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.

Nəticədə xəstəxanaya yerləşdirilmiş S.Bəyalıyeva orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bəyalıyev tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 441