Siyəzəndə ağır yol qəzası - ÖLƏN VAR


00:00     08 İyul 2018 big_1405422456_qeza.jpg

Siyəzəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az DİN-ə istinadən xəbər verir ki, iyulun 7-də saat 1 radələrində Siyəzən rayonunun Gilgilçay kəndi ərazisində şəhər sakini Rəfayel Məhərrəmov idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən İsmayıllı rayon sakini Cəmil Cabbarovun idarə etdiyi “Shacman” markalı avtomobilə vurub. Nəticədə R.Məhərrəmov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 555