Bir ildə 323 uşaq məhkum olunub


00:38     08 İyul 2018 cinayetkar%20usaq.jpg

2017-ci ildə 14-17 yaş arasında 323 uşaq müxtəlif cinayətlər törətdiyinə görə məhkum olunub. 2016-ci ildə bu rəqəm 261 nəfər olub.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, 14-17 yaşda məhkum olunan uşaqlardan 320 nəfəri oğlan, 3 nəfəri qızdır. 14-15 yaşda 41 uşaq, 16-17 yaşda isə 282 uşaq məhkum edilib.

Məhkum olunan uşaqlardan 271 nəfəri hər iki valideyni olan ailədə, 50 nəfəri bir valideyni olan ailədə, 2 nəfəri ailadan kanarda (intematda, uşaq evinda və s.) böyüyənlər olub.

Onlardan 103 nəfəri şagird və tələbələr, 186 nəfəri oxumayanlar və işləməyənlər, 34 nəfəri isə işləyənlərdir.

Qəsdən adam öldürməyə görə 6 nəfər, qəsdən saglamlığa ağır zərər vurmaya görə 40 nəfər, qəsdən sağlamlığa az ağır zərər vurmaya görə 10 nəfər, adam oğurluğuna görə 2 nəfər, seksual xarakterli zorakılıq hərəkətlərinə görə 20 nəfər, oğurluğa görə 152 nəfər, soyğunçuluğa görə 21 nəfər, quldurluğa görə 12 nəfər, xuliqanlığa görə 17 nəfər (və s.) məhkum edilib.

14-17 yaş arasında cinayət törətmiş uşaqlardan birinci instansiya məhkəmələrində 111 nəfəri müəyyən müddətə azadlıqdan məhrum edlib. Belə ki, onlardan 48 nəfəri 5 ilədək, 63 nəfəri 5 ildən 10 ilədək azadlıqdan məhrum olunanlardır. Həmçinin ictimai işlər üzrə cəzalandırılanlar 2 nəfər, islah işləri üzrə cəzalandırılanlar 16 nəfər, cərimə tətbiq edilənlər 98 nəfər, şərti məhkum olunanlar 96 nəfər olub.

Femida.az

Açar sözlər:

Oxunub: 601