Səmədov Rusiya millisindən ayrıldı


20:38     08 İyul 2018 18_07_08_1531051834.jpg

Azərbaycanlı futbolçu Aleksandr Səmədov Rusiya yığmasında kareyasını başa vurub.
Səmədov bu barədə qərarını dünən Rusiya-Xorvatiya oyunundan sonra açıqlayıb.

“Artıq qərar vermişəm. Qərara gəldim ki, bu, mənim Rusiya yığmasında son oyunumdur”, - deyə o, bildirib.

Qeyd edək ki, A.Səmədov Rusiya yığmasında 53 oyun keçirib, 7 qol vurub. Milli komandada 2011-ci ildə debüt edib. DÇ-2018-də Aleksandr Rusiya yığmasının beş oyunun hamısında meydana çıxıb.

O, 2011-ci ilə qədər dəfələrlə Azərbaycan yığmasına dəvət alsa da, Rusiya millisini seçib.

Femida.az

Açar sözlər: #futbol   #idman  

Oxunub: 717