Mikroavtobus maneəyə çırpıldı: ölən var – Kürdəmirdə


22:26     08 İyul 2018 Qeza2.jpg

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonunda "Ford” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri sürücü, 1988-ci il təvəllüdlü Alıyev Elnur Vidadi oğlunun sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər: #qəza   #Kürdəmir  

Oxunub: 572