Xalasının pulunu oğurladı - 10 min manat


18:47     01 Oktyabr 2015 krazha.jpg

Bakıda xalasının külli miqdarda pulunu oğurlayan şəxs tutulub.


Femida.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonu ərazisində yaşayan Sərfinaz İsmayılova 28-ci Polis Bölməsinə (PB) müraciət edərək sentyabrın 29-da bacısı oğlu Məhəmmədəli Zərbəliyev tərəfindən 10200 manatının oğurlanmasını bildirib.

PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədəli Zərbəliyev saxlanılıb və o, oğurluq etdiyini etiraf edib. Eyni zamanda M.Zərbəliyev sentyabr 29-da Fikrət İsgəndərovu bıçaqla hədələyərək ondan 7500 manat almasını bildirib.

Açar sözlər:

Oxunub: 874