Azərbaycanda toy yasa döndü: 30 yaşlı kişi qətlə yetirildi


14:09     09 İyul 2018 bicaq.jpg

Qusar rayonunda qətl hadisəsi baş verib.

Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Gədəzeyxur kəndində qeydə alınıb. Kənddə keçirilən toy mərasimində kənd sakini, 1979-cu il təvəllüdlü Mirzəbəyov Səlim Balabəy oğlu şəxsi münaqişə zəminində tanışı, Bakının Xəzər rayonunun Qala qəsəbəsində yaşayan 1988-ci Qədirov İlham İslam oğlunu bıçaqlayıb. İ. Qədirov xəstəxanaya aparılsa da, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 1568