Liftdə qadınlara xəsarət yetirən şəxsə hökm oxunub


16:04     09 İyul 2018 hokm0.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda liftdə iki qadına qarşı quldurluq etməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü Şəhriyar Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Femida.az-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Şəhriyar Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, Bakının Nizami rayonu Qara Qarayev prospektində yerləşən binalardan birinin girişində Bakı şəhər sakinləri Vüsalə Saramanova və Elnarə Mikayılovaya ağır bədən xəsarəti yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Şəhriyar Əlizadə saxlanılaraq istintaqa təhvil verilib.

Ş.Əlizadə barəsində əvvəlcə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb. Sonradan bu maddə Cinayət Məcəlləsinin 181.3.3-cü (quldurluq; zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəsinə tövsif edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 376