Qırğızıstanın hərbi vertolyotu qəzaya uğradı - Yaralılar var


16:44     09 İyul 2018 vertolyot%20suriya.jpg

Qırğızıstan Hava Müdafiəsi Qüvvələrinin vertolyotu qəzaya uğrayıb.


Femida.az Trend-ə istinadən xəbər verir ki, vertoyot dağlarda xilasetmə işləri apararkən qəza baş verib.

Respublika Fövqəladə Hallar Xidmətinin nümayəndəsi Məhəmməd Svarov faktı təsdiqləyib. Məlumata görə, qəza nəticəsində 4 nəfər xəsarət alıb.

Qəzanın baş vermə səbəbi ilə bağlı Qırğızıstan Baş Qərargahından bildirilib ki, vertolyot eniş edərkən güclü külək onu yana aşırıb.

Hazırda xəsarət alanların təxliyə edilərək xəstəxanaya çatdırılması istiqmətində iş aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 599