“ASAN Viza” sistemində yenilik - Əcnəbilər elektron əmək vizası ala biləcəklər


17:00     09 İyul 2018 18_07_09_1531126507.jpg


İyulun 6-dan “ASAN Viza” sistemində viza növlərinin siyahısına əmək vizası da əlavə olundu. Bundan sonra əcnəbi və vətəndaşlığı olmayan şəxslər elektron qaydada əmək vizası ala biləcəklər.

“ASAN Viza” sistemində viza növlərinin siyahısına əmək vizasının daxil edilməsi, bu prosesin sadələşdirilməsi və asanlaşdırılması Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, həmçinin Dövlət Miqrasiya Xidmətinə iş icazəsi almaq üçün müraciət edən işəgötürənlərin məmnunluqlarının təmin olunmasına xidmət edir.

Ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkəyə əmək vizası ilə daxil olmaları tövsiyə olunur.

Qeyd edək ki, ASAN Viza www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir.

Femida.az

Açar sözlər: #viza   #asan   #asan_xidmət  

Oxunub: 660