Sabaha olan hava proqnozu açıqlanıb


17:31     09 İyul 2018 hava2.jpg

İyulun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 33-37, Bakıda gecə 25-27, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütünu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

İyulun 10-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək.

İyulun 10-da Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-26, gündüz 36-41, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

İyulun 10-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 686