Təkəri cırılan maşın aşdı - ÖLƏN VAR


17:34     09 İyul 2018 qeza_yeni.jpg

Bakı sakini idarə etdiyi avtomobili aşırıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyulun 8-də saat 16 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini Emil Ağayev “Mercedes” markalı avtomobili idarə edərkən təkərin cırılması nəticəsində onu aşırıb. Nəticədə E. Ağayevin sərnişinlərindən Qazax rayon sakini Nicat Kazımov hadisə yerində ölüb, özü və digər sərnişini, Şəki rayon sakini Ruslan Şərifov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qəza   #Qazax  

Oxunub: 616