Qubada turizm kompleksində faciə - Kanat qırıldı, ölən var


17:47     09 İyul 2018 18_07_09_1531135703.jpg

Quba rayonunda bədbəxt hadisə baş verib.



Femida.az-ın verdiyi məlumata görə, “Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos) məxsus olan kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.


Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Quba   #Hotel   #Kanat   #Ölüm  

Oxunub: 2559