Qızıl oğurlayan şəxs ələ keçdi


19:08     09 İyul 2018 qizil1.jpg

Bakıda evdən qızıl, noutbuk oğurlayan Sumqayıt sakini tutulub.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 19-da rayon ərazisindəki evlərin birindən 500 manat dəyərində qızıl əşyalar, 2 ədəd noutbuk və 2 ədəd bank kartını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ramin İsgəndərov saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər: #Bakı   #qızıl   #noutbuk  

Oxunub: 349