Qanunsuz ov edənlər 116 min manat cərimələndi
20:32 09 İyul 2018
Bu ilin 6 ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) keçirdiyi reydlər zamanı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında qanun pozucularına qarşı ümumilikdə 529 akt və 152 protokol tərtib edilərək 116315 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub.
ETSN-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına 30, aidiyyəti rayon məhkəmələrinə 4 iş göndərilib.
Bundan brakonyerliklə məşğul olan şəxslərə qarşı 27 akt və 30 protokol tərtib edilərək 40497 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub. Qanun pozucularından 17 ədəd ov tüfəngi, 83 ədəd patron, 23 ədəd balıq toru, 2 ədəd qayıq mühərriki və qayıq götürülüb.
Femida.az
Oxunub: 412
Oxşar xəbərlər
- Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub
- Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
- Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Goranboydakı mövqelərini atəşə tutub
- Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
- Qanunsuz erməni silahlı dəstə üzvlərinin apardığı mühəndis işlərinin qarşısı alınıb
- Qanunsuz miqrasiyaya görə 7 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib
- Qanunsuz ov edən şəxslər cəzalandırılıb
- Qanunsuz silahlı birləşməyə qoşulan Azərbaycan vətəndaşlarının məhkəməsi başlayıb
- Qanunsuz küçə ticarəti ilə bağlı reydlər keçirilir
- Qanunsuz ov edən şəxslər cəzalandırılıb