Azərbaycan İsveçrəyə fındıq ixracını artıra bilər


22:46     09 İyul 2018 2018/07/findiq_1531139935.jpg

Azərbaycan İsveçrəyə fındıq ixracını xeyli artıra bilər.


Femida.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, hazırda Azərbaycan öz potensialını bu istiqamətdə tam reallaşdırmır:

"Azərbaycanın hər il 125 milyon dollar dəyərində fındıq ixrac etmək imkanı var. Lakin biz hələ öz potensialımızı tam reallaşdırmırıq. Bunun üçün İsveçrə yaxşı bazardır".

Ş.Mustafayev əlavə edib ki, ötən həftə Azərbaycan missiyası İsveçrədə olub:

"Missiya zamanı İsveçrəyə 125 min dollar dəyərində 220 ton fındıq ixracı haqqında razılıq əldə olunub".

Xatırladaq ki, 2017-ci ildə Azərbaycandan İsveçrəyə fındıq ixracının ümumi həcmi 22 ton təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 467