Ermənistanda tanınmış "kölgə milyonçusu" intihar etdi


20:40     09 İyul 2018 gulle4231.jpg

Ermənistanın paytaxtı Yerevanda 69 yaşlı erməni milyonçu Nikolay Qabrielyan intihar edib.


Femida.az xəbər verir ki, bu barədə yerli polis bildirib.

Nikolay Qabrielyan Qazi Kolya təxəllüsü ilə də tanınırmış. O, "Transqaz" Məhdud Məsuliyyətli Cəmiyyətin sahibi olub.

Onun özünü güllə ilə başından vurduğu iddia edilir.

Bildirilib ki, Nikolay Qabrielyan Ermənistanda kölgə milyonçularından bir olub. O, Ermənistanda cinayətkar aləmin tanınmış üzvlərindən sayılan Ara Vardanyanın (Çvçv Aro) qayınatası imiş. Vardanyan isə 2017-ci ilin yayında ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 971