Bu yolda yenə tıxac olacaq
21:49 09 İyul 2018
Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.
Agentlikdən Femida.az-a verilən məlumata görə, hazırda yolun “Xırdalan dairəsi”ndən Beynəlxalq Avtovağzal kompleksinin qarşısınadək olan hissəsində işlər davam etdirilir.
Sözügedən istiqamətdə gündüz saatlarında hərəkət intensivliyi nəzərə alınaraq təmir-tikinti işləri gecə saatlarında aparılır. Bu məqsədlə səhər saatlarınadək işlərin aparıldığı ərazilər üzrə hərəkət qısa müddətlik hissə-hissə və qismən məhdudlaşdırılır.
Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
Yaranan müvəqqəqi narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Femida.az
Oxunub: 444
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir