6 mikroavtobusla yük maşınını yandırdılar

6 mikroavtobusla yük maşınını yandırdılar


20:09     01 Oktyabr 2015 yanan%20mashin%20yangin_038.jpg

Moskvanın cənubunda 6 mikroavtobus və bir yük maşını yandırılıb.


APA-nın "Moskva" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliakberov məlumat verilib.

Oktyabrın 1-nə keçən gecə naməlum şəxslər Dorojnaya küçəsində açıq havada park edilmiş nəqliyyat vasitələrini yandırıblar. Yanğının qarşısı 27 dəqiqə ərzində alınıb. İnsident nəticəsində heç kim xəsarət almayıb.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 167-ci maddəsi (mülkiyyətin qəsdən məhv edilməsi və xəsarət yetirilməsi) əsasında cinayət işi açılıb. Polis yanğını törədənlərin kimliyini və hadisənin motivlərini araşdırır.

Qeyd edək ki, oxşar hadisə 2014-cü ilin noyabrında Moskvadakı dayanacaqlardan birində baş vermişdi. Naməlum şəxslər 12 bahalı avtomobili yandırmışdılar. Dəyən zərərin həcmi isə 100 milyonlarla rubl həcmində qiymətləndirilirdi.

Açar sözlər:

Oxunub: 582