Müdafiə naziri Bolqarıstanın yeni səfiri ilə görüşüb


22:00     09 İyul 2018 2018/07/zakir-(2)_1531144902.jpg

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bolqarıstan Respublikasının yeni təyin olunan səfiri Nikolay Yankov ilə görüşüb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, səfiri təyinatı ilə əlaqədar təbrik edən nazir Azərbaycan və Bolqarıstan arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunub və bu əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Diplomat da öz növbəsində Azərbaycanda səfir təyin edilməsindən məmnun olduğunu söyləyib, ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirib. N. Yankov qeyd edib ki, Bolqarıstan Azərbaycanı dost ölkə hesab edir, onun ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Səfir bəyan edib ki, Bolqarıstan NATO-nun üzvü olaraq Azərbaycan Ordusu ilə hərbi sahədə təcrübəsini bölüşməyə hazırdır.

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, hərbi təhsil sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, həmçinin regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər də müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 569