Daha bir vəkilə töhmət verildi


23:58     09 İyul 2018 vekil%20esas.jpg

Vəkillər Kollegiyası (VK) daha bir tanınmış vəkilə töhmət verib.

Femida.az-ın xəbərinə görə, bu barədə qərar bu gün Kollegiyanın Rəyasət Heyətinin iclasında çıxarılıb.

Qərara əsasən, vəkil Fuad Ağayevə töhmət verilib. Qərar Penitensiar xidmət rəhbərliyinin Vəkillər Kollegiyasına şikayəti əsasında qəbul olunub.

Qeyd edək ki, daha əvvəl VK tanınmış vəkil İradə Cavadovanın vəkillik fəaliyyətinin dayandırılması barədə məhkəməyə müraciət edilməsi haqqında qərar çıxarıb. Bundan başqa, kollegiya Nemət Kərimli, Fəxrəddin Mehdiyev və Əsabəli Mustafayevin 1 illik vəkillik fəaliyyətlərini dayandırmaq haqqında qərar qəbul edib.

Femida.az

Açar sözlər: #vəkil   #kollegiya   #töhmət  

Oxunub: 8112